"Lotu Quli" Sabirabadlı Hikmətin qardaşı oğluna "vor" adı vermədi -

Türkiyədə məşhur kriminal avtoritet "Kor Hüseyn"in iki nəfərə qanuni oğru adı verilməsinə mane olunub.  "Kor Hüseyn"öz ad günündə İlyuxa Qaqauzski və Məmədqulu Muxtarova qanuni oğru adı verməyi planlaşdırıbmış. Amma Bakıdan gələn xəbərdarlıqdan sonra bu istəyindən əl çəkib. Hazırda həbsdə yatan "Lotu Quli" (Nadir Səlifov) "Kor Hüseyn"ə onun başının üstündən heç bir azərbaycanlıya qanuni oğru adı verilməsinin mümkün olmayacağını çatdırıb.

Səyyar ASAN

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.