Səyyar ASAN xidmət

Səyyar ASAN xidmət 17 – 31 iyul tarixində Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində,  19 iyul Qaradağ rayonunun Ələt qəsəbəsində,  27 iyul Tərtər şəhərində, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.