Yaponiyada 100 min adam təxliyə xəbərdarlığı aldı

Yaponiyanın şimal-qərbində Niiqata prefekturasında 100 mindən artıq sakin təcili təxliyə barədə xəbərdarlıq alıb. Son günlər aramsız yağan yağışlar səbəbindən Yaponiyanın bu ərazisi sürüşmə təhlükəsi ilə üz-üzə qalıb. Sürşmə baş verən rayonlarda isə son günlər 34 nəfərin öldüyü, 10 nəfərin itkin düşdüyü barədə məlumat verilib.

Uşaqları ilə birgə intihar edən gəlinin qayınanası

Şəmkirin Zəyəm qəsəbəsində baş vermiş intihar hadisəsilə bağlı cinayət işi başlanıb. Məlumata görə, Mahmudova Pərvanə İlqar qızının iki azyaşlı övladı-Mahmudov Sənan Nəsrəddin oğlu və Mahmudova Səma Nəsrəddin qızını öldürmək həddinə çatdırması ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar) maddəsilə cinayət işi başlanıb.  Hüquq mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, başlanan cinayət işi ilə əlaqədar zəruri istintaq tədbirləri həyata keçirilir, şahid ifadələri alınır.

Məşhur qadın atleti zorlamaq istədilər -

Bodrumda məşq edən atleti 40 yaşlı S.K.A. avtomobillə ona yaxınlaşan bir adamın ona cinsi təavüz etdiyini bildirərək, polisə şikayət edib.  Almaniyada yaşayan və yaz aylarını Bodrumdakı bağ evində keçirən evli və 2 uşaq anası S.K.A. dünən saat 07:30 radələrində sözügedən olayın baş verdiyini deyib. Məşhur türk atlet ona yaxınlaşan şəxsin əlini şortuna salmağa çalışdığını və bu məqamda müqavimətlə qarşılaşdığı üçün hadisə yerindən uzaqlaşdığını sözlərinə əlavə edib. 

“Əvvəllər məcburi köçkün problemə görə gəlirdisə, indi minnətdarlıq etməyə gəlir"

Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunub.