“Retro Bakı” layihəsinə

 Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində açıq hava konsertlərinə yenidən start verilib. Baş İdarədən "Olaylar" - a bildirilib ki, açılış konsertində tanınmış cazmen, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, şanson ifaçısı Ceyhun Bakinski, estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev öz çıxışları ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar. Konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim edilib, yaradıcı gənclərin əl işlərindən ibarət rəsmlər qonaqların ixtiyarına verilib.