Nazirlik məlumat yaydı

İyulun 17-də, saat 16 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın güclü külək nəticəsində sonradan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yol kənarındakı “terras” adlanan ərazisinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"-a verilən məlumata görə, naməlum səbəbdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Səyyar ASAN

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.