Rektoru fərqlənmə diplomu ilə bitirən tələbələrlə görüşdü

 Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, Əməkdar incəsənət xadimi Fərəh Əliyeva Universitetin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirən tələbələr ilə görüşüb. Universitetdən "Olaylar" - a bildirilib ki, univeritetin tərkibindəki “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdə rektor tələbələri təbrik edib və onları təhsil aldıqları müddətdə yüksək nailiyyətlər əldə edərək, Universiteti fərqlənmə diplomu ilə bitirdiklərinə görə Fəxri fərmanla təltif edib.

Yunanıstanda zəlzələ

Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar""Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin  minarəsi tamamilə yararsız hala düşüb.