''Günəşli” yatağındakı 11 saylı platformada aparılan yenidənqurma işləri tamamlanıb

SOCAR-ın “Neftqaztikinti” tresti tərəfindən ''Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülündə (DDÖ) aparılan yenidənqurma işləri tamamlanıb. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, DDÖ-də əlavə 4 quyunun qazılması üçün nəzərdə tutulan layihə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında həyata keçirilir. Məqsəd yataqda qazılacaq yeni quyuların keyfiyyətli istismarını, neftin və qazın hasilatının və nəqlinin sabit saxlanılmasını təmin etməkdir. Layihə çərçivəsində 4 kompleks üzrə tikinti-quraşdırma işləri yerinə yetirilib.

Səyyar ASAN

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.