Əmək Nazirliyində Avstriyanın ailə və gənclərlə iş üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Avstriya Respublikasının ailə və gənclərlə iş üzrə naziri Sofi Karmazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Nümayəndə heyətinə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin  kabinetinin Avropa İttifaqı (Aİ) və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda və b. daxildir.

Yunanıstanda zəlzələ

Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar""Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin  minarəsi tamamilə yararsız hala düşüb.