Azərbaycanda doğulan körpələrə daha çox bu adlar verilir

Bu ilin ilk altı ayında Azərbaycanda doğulan körpələrə daha çox hansı adların verildiyi məlum olub.  Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin ilk yarısında 1343 körpəyə Yusif, 1006-sına Əli, 900-nə Hüseyn, 752 körpəyə Ömər, 694-nə Uğur, 668-nə Məhəmməd, 608-nə Murad, 489-na Ayxan, 410 oğlana İbrahim, 400-nə Tunar adları verilib.  

Yunanıstanda zəlzələ

Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar""Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin  minarəsi tamamilə yararsız hala düşüb.