“Yay imtahanında qaydaları pozanların yaz imtahan nəticələri də ləğv olunacaq”

Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 18:06-dan etibarən elan edib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Həmçinin abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.