"Gənc Heydərçilər" Qusara istirahətə yola salınıb

Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında ön cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 150 nəfərlik qrup Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsinə yola salınıb.

Yunanıstanda zəlzələ

Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar""Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin  minarəsi tamamilə yararsız hala düşüb.