MEK – də təlim

AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid Qeydiyyat Sisteminin (VQS) təşkili və Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib. Kitabxanadan “Olaylar” – a bildirilib ki, təlim MEK-in Elektron kataloqun koordinasiya bölməsinin rəhbəri Günel Əhədova tərəfindən aparılıb. Təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklərdən, MRY-da iş sisteminin xüsusiyyətlərindən bəhs edilib. MRY-a daxil edilən kitabların siyahısını açıqlayan G.Əhədova elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib, dəqiqliyin vacib şərt olduğunu vurğulayıb. Sonra seçilmiş sənədlərin MRY-a daxil edilməsi ilə bağlı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallara aydınlıq gətirilib.