Ölkədə sənayeləşmə templəri yüksəlib

«Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası hər bir sahənin, o cümlədən sənayenin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsi ilə səciyyələnir. Son illərdə ölkədə sənayeləşmə templəri yüksəlib, iqtisadiyyatın aparıcı və ənənəvi sahələrindən olan metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər istehsal sahələri genişlənməklə bərabər, yeni sənaye sahələri yaradılıb».