Azərbaycanda müstəqil mətbuat formalaşıb

Saylı günlərdən sonra Azərbaycanda Milli Mətbuat Günü qeyd ediləcək. Milli mətbuatımızın yaranmasından 142 il keçsə də, jurnalistikanın qarşısına qoyulan məqsəd və vəzifələr dəyişməz qalıb. Maraqlıdır, hazırkı Azərbaycan mediası üzərinə düşən vəzifələri yerinə yetirə bilirmi? Əvvala qeyd edək ki, mətbuatın üzərinə düşən vəzifələr ilk növbədə obyektivlik və qərəzsizlikdir. Cəmiyyəti informasiya ilə təmin etmək, eyni zamanda  maarifçilik  missiyasını qeyd etmək lazımdır.

Səyyar ASAN

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.