Xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə

Bakı şəhəri Balaxanı İdman Kompleksində, Azərbaycan Alpaqut Federasiyası və Laçın rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş açıq turnir həyata keçirilib. Federasiyadan “OLAYLAR”-a bildirilib ki, Alpaqut Federasiyasının prezidenti Aqil Acalov tədbirdə çıxış edərək bildirib ki, federasiya bir daha öz ənənəsinə sadiq qalaraq, idmançılar arasında vətənpərvərlik ruhunun təbliğatı çərçivəsində uğurlu tədbirlərini davam etdirir və hazırkı turnirin də keçirilməsində əsas məqsəd, 1905-1906-cı illərdə Qarabağ bölgəsində, xüsusilə Laçın və Şuşada ermənlərin azərbaycanlılara qarşı törətmək istədikləri vəhşi cinayətlərinin qarşısını alan Azərbaycan xalq qəhrəmanı Soltan bəy Soltanovun əziz xatirəsini yad etməkdən ibarət olub.