Ermənistan hərbi mövqelərini gücləndirir, çünki...

İşğalçı Ermənistan ciddi təşviş içərisindədir. Azərbaycanın ildən-ilə hərbi qüdrətinin artması, ordumuzun yeni müasir texnika və silahlarla təchiz olunması İrəvanı bəzi qabaqlayıcı tədbirlər görmək məcburiyyətində qoyub. Xüsusilə, bir neçə gün əvvəl Rusiyadan Azərbaycana yeni silah dəstələrinin göndərilməsi, həmin texnikaların cəbhə bölgəsinə aparılması Ermənistanın qabaqlayıcı tədbirlər görməsini bir qədər də intensivləşdirib. Düşmən ölkə hazırda Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlayacağından ciddi şəkildə ehtiyatlanaraq cəbhədə hərbi mövqelərini möhkəmləndirməyə çalışır. Keçən həftə sonu Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı ilə yeni hərbi hissənin açılış mərasiminin keçirilməsi də elə İrəvanın Azəbaycanın hərbi qüdrətindən ehtiyat etdiyindən xəbər verir. Məlum olduğu kimi keçən həftə sonu Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyan və başının dəstəsi, İcevan şəhərində yeni yaradılmış hərbi hissənin açılışında iştirak ediblər.

Yunanıstanda zəlzələ

Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar""Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin  minarəsi tamamilə yararsız hala düşüb.