Toy mədəniyyətinə tam yeni

Son illər ən çox yazılan, müzakirə predmetinə çevrilən məsələlərdən biri də xeyir-şər məclislərində israfçılığın qarşısının alınması ilə bağlıdır. Baxmayaraq ki, bu məqsədlə müvafiq dövlət qurumları paytaxt və bölgələrdə silsilə xarakterli maarifləndirmə tədbirləri keçirir, insanları xeyir-şər məclisləri zamanı israfçılığa yol verməməyə çağırırlar, lakin hələ də qeyd edilən mənfi hallara rast gəlmək mümkündür.