“İkili yanaşmalar bizi ruhdan sala bilməz”

Azərbaycan parlamenti cari ildə bir necə uğurları ilə yadda qaldı. Həm ayrı-ayrı millət vəkillərinin, həm də beynəlxalq təşkilatlardakı Azərbaycan nümayəndə heyətinin fəallığı öz bəhrəsini vermiş oldu. Konkret olaraq bir sıra beynəlxalq təşkilatlarda ölkəmizin lehinə qərarlar qəbul edilmiş oldu.

Səyyar ASAN

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.