İçərisində xəstə olan təcili tibbi yardım maşını yanıb

Bakıda təcili tibbi yardım maşını yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.