"Həmsədrlərin münaqişənin həlli ilə bağlı yeni planı var"

“Əslində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə müzakirə olunmuşdu. Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərdən görüşlə bağlı məsələni öz dövlət başçılarına məruzə etmələrini xahiş etdilər. Düşünürəm ki, bu, ATƏT-in Minsk qrupunun narahatçılığından irəli gəlir”.

Səyyar ASAN

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.