Qızmar hava davam edəcək

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu  təşkil edəcək. Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq.