Ermənilər 133 dəfə atəşkəsi pozub

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 133 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Yunanıstanda zəlzələ

Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar""Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin  minarəsi tamamilə yararsız hala düşüb.