Diaspor təşkilatından

“Rusiya Federativ Respublikası Dumasının Ermənistanla hərbi qruplaşma yaratması ilə əlaqədar qərarı ratifikasiya etməsini dərin təəssüf hissi ilə qarşılayır, bu addımın Rusiya ilə Azərbaycanın tarixi və bugünki əməkdaşlıq ruhu ilə uyğun gəlmədiyini, bu qərarın Azərbaycan toplumunda böyük dost Rusiyaya qarşı heç də xoş olmayacaq münasibət formalaşdıracağından narahatlığımızı bildirir, eyni zamanda Rusiya ilə Azərbaycan münasibətlərinə sərin küləklər əsdirəcəyini şübhəsiz hesab edirik”.

Səyyar ASAN

Səyyar ASAN qatar 24 iyul – 7 avqust tarixində Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 31 iyul İsmayıllı və Lerik rayonlarında, 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyul Tərtər şəhərində,  31 iyul Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.