PriFest Beynəlxalq Film festivalı

Kosovanın paytaxtı Priştinada bu il doqquzuncusu təşkil edilən Prifest Beynəlxalq Film Festivalı təşkil olunub. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, festival  Kosova və Niderlandın birgə istehsalı olan "Sevilməyənlər" filmi ilə açıq elan edilib. Zahir Pajaziti meydanında həyata keçirilən və bu il Türkiyənin "qonaq ölkə" olaraq qatıldığı festivalın açılışına, qonşu  ölkələrindən çoxlu sayda aktyorlar, rejissorlar və prodüserlərlə birgə, Oscar mükafatı laureatı kanadalı rejissor Paul Haggis də iştirak edib. Festival haqqında PriFestin direktoru Vjosa Berisha məlumat verərkən qeyd edib ki, festival çərçivəsində bu il 80 film nümayiş olunacaq. Bunlardan 40  film  4 ayrı kateqoriyada yarışacaq, digər filmlər isə təqdimat proqramlarında iştirak edəcək.

Yunanıstanda zəlzələ

Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub. "Olaylar""Miliyyet" - ə istinadən bildirir ki, zəlzələnin episentri Kos adasıdı. Zəlzələ nəticəsində 2 nəfərin həlak olduğu, 120 nəfərdən çox insanın yaralandığı bildirilir. Yeraltı təkan zamanı tarixi abidə olan və 1724 - cü ildə inşa olunan Defterdar İbrahim Efendi məscidinin  minarəsi tamamilə yararsız hala düşüb.