Çöhrəqanlının nümayəndələri Dövlət Bahçeli ilə görüşüb

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Türkiyə təmsilçiləri müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının genel başqanı Dövlət Bahçeli ilə görüşüblər. GAMOH İdarə Heyətinin üzvü, Türkiyədə yaşayan güneyli siyasi fəal Ağrı Qaradağlının verdiyi məlumata görə, görüşdə Yaxın Şərqdə və Güney Azərbaycanda baş verən hadisələr müzakirə olunub.

“Gartner”: “Proqram təminatı istehsalçıları məhsullarda süni intellektin imkanlarını şişirdirlər”

Süni intellekt texnologiyalarının böyük imkanlara malik olmasına baxmayaraq əksər proqram təminatı istehsalçıları əvvəlcə istifadəçilərin tələbatını, tətbiq edilmə sahələrini və məhsuldan istifadənin faydasını müəyyənləşdirmək əvəzinə, onu tezliklə bazara çıxararaq “süni intellekt” termini ətrafında ajiotajdan yararlanmağa çalışır. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.  

Dünya robot texnikası bazarında 2,5 dəfə artım gözlənilir

“IDC” analitik şirkəti 2017-ci ildə dünyada robot texnikasının (o cümlədən uçan aparatlar və robot texnikası ilə əlaqəli avadanlıq, proqram və xidmətlər) satış həcminin 97,2 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 17,9 faiz çoxdur. Yaxın 5 ildə bazarda artımın sürətlənərək 2021-ci ilədək həcminin 230,7 milyard dollara çatacağı gözlənilir.