Azercell-dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer Course” layihəsi

İnformasiya texnologiyaları sahəsində gənclərin inkişafına dəstək verən Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yeni layihəyə başlayır. Balacalar və yeniyetmələr üçün nəzərdə tutulan “Coding Kids – Summer Course” layihəsi onları oyun və əyləncədən əlavə kompyuter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edəcək. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olacaqlar. Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verəcək.