Bakı sərnişin vağzalında qanvermə aksiyasi keçirilib

İyunun 20-də 14 iyun Beynəlxalq Donor Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin təşəbbüsü ilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,  qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib.