İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan  9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən verilən xəbərə görə, imtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib. 

Tramp hədələndi

Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər. Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləyib. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Monqolustanda  seçkilər

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək. Ölkə vətəndaşları ümumi birbaşa səsvermə yolu ilə respublikanın beşinci başçısını seçəcəklər. Hazırkı dövlət başçısı Çaxiaqiyn Elbeqdorj 2 dəfə  prezident müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək ixtiyarı yoxdur.