Всемирный день беженцев: Каждый 113-й человек в мире перемещенный

В 2016 году в результате вооруженных конфликтов и преследований «армию» перемещенных лиц пополнили 10 миллионов человек

Bakının mərkəzində nəqliyyatın sıxlığı

Bu gün Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsi ilə bağlı nəzərdə tutduğu layihənin təqdimatını keçirib. Tədbiri giriş nitqi ilə açan BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mayis Ağayev deyib ki, Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən ən əhəmiyyətli yol-Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

5 evi qarət edən yaxlanıb

5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin iyun ayına qədər olan müddətdə paytaxt ərazisində 5 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ramiz Abbasov tutulub.

Daha bir türk serialı bitir

Fox TV-də yayımlanan "No: 309" serialının final edəcəyi barədə xəbərlər yayılıb. Serialın prodüseri Faruk Turqut Tvitterdən açıqlama verərək xəbərlərin yalan olduğunu bildirib. O, ötən yaz başalayan layihənin reytinqlərdə də yaxşı yerlərdə qərarlaşdığını bildirərək hələ ki final qərarının olmadığını deyib.

Qaradağ Rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı

21 iyul 2017-cı il tarixində 22 iyul Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçı cənab Süleyman Mikayılov, aparatın məsul işçiləri və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Milli mətbuatımızın yaranmasından 142 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik etmişdir.

Əmək Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 33 654  nəfər nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar-iyun aylarında 33 654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.  

"Yol ayrımı"

Yavuz Turgül ilə aktyor  Şener Şenin birgə layihəsi olan  “Yol ayrımı” – nın çəkilişləri tamamlanıb. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, istehsalçı şirkət TMC, prodüsseri Erol Avcı, görüntü rejissoru Uğur İçbakın üstələndiyi film, 100 nəfərlik qrupun 8 həftəlik əməyi ilə sayəsində filmsevərlərə təqdim olunacaq. Şener Şeni filmdə Mazhar Kozanlıyı canlandırıb. Bundan əlavə filmdə  Rutkay Əziz, Çiğdem Selışık Onat, Tilbe Saran, Ruhsar Öcal, Nihal Yalçın, Mert Fırat və Defne Kayalar da yer alıb.