“Qadının satqınlığını bağışlamaq olmaz...” -

“Hələ belə olmamışdı” adlı layihəmizin bu dəfəki qonağı fərqlidir.  Bu günə qədər qadın simaları çəkməyə üstünlük versək də, bu dəfə əks cinsin nümayəndəsini layihədə görmək istədik. Beləliklə, qonağımız karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik  Füzuli Musayevdir.