Türkiyə-İran sərhədində güclü partlayış:

Türkiyə-İran sərhədində güclü partlayış baş verib. Hadisə bu gün səhər saatlarında İğdırın Kiçik Ağrı dağı yaxınlığında yaşanıb. Sərhəddəki minaları təmizləyən zaman iki azərbaycanlı 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov ayaq və bədən nahiyəsindən müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb və həyati təhlükələrinin olmadığı bildirilir.