Mübariz Əhmədoğlu: “ABŞ və RF-in Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmalarında fərq var”

“Həmsədrlər Dağlıq Qarabağda olarkən jurnalistlər üçün brifinq keçirdilər. Brifinqdə rusiyalı həmsədr İ.Popov vurğunu təhlükəsizlik məsələləri üzərində qoydu. Həmsədrlərin 18 may bəyanatı da Rusiyanın təşəbbüsü ilə ortalığa çıxmışdı. İlk əvvəl RF XİN rəsmisi münasibət bildirdi. Sonra isə ATƏT MQ həmsədrləri eyni məzmunlu bəyanat yaydılar. Bircə fərq var idi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.