"Həmsədr dövlətlər Dağlıq Qarabağ probleminin həllində ciddi addım atmaq niyyətində deyillər”

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Ermənistanın cəbhə xəttində hər dəfə təxribat törətməsi məqsədyönlü bir addımdır. Bu, bütövlükdə danışıqlar prosesinin pozulmasına xidmət edir”. Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.