Gəmi-bərənin əsaslı təmiri başa çatıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təmir olunub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Belə ki, gəmi-bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, tüstü boruları təmizlənərək rənglənib.

Tramp hədələndi

Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər. Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləyib. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Monqolustanda  seçkilər

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək. Ölkə vətəndaşları ümumi birbaşa səsvermə yolu ilə respublikanın beşinci başçısını seçəcəklər. Hazırkı dövlət başçısı Çaxiaqiyn Elbeqdorj 2 dəfə  prezident müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək ixtiyarı yoxdur.