Qaradağ Rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı

21 iyul 2017-cı il tarixində 22 iyul Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçı cənab Süleyman Mikayılov, aparatın məsul işçiləri və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Milli mətbuatımızın yaranmasından 142 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik etmişdir.

Əmək Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 33 654  nəfər nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində cari ilin yanvar-iyun aylarında 33 654 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.  

"Yol ayrımı"

Yavuz Turgül ilə aktyor  Şener Şenin birgə layihəsi olan  “Yol ayrımı” – nın çəkilişləri tamamlanıb. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, istehsalçı şirkət TMC, prodüsseri Erol Avcı, görüntü rejissoru Uğur İçbakın üstələndiyi film, 100 nəfərlik qrupun 8 həftəlik əməyi ilə sayəsində filmsevərlərə təqdim olunacaq. Şener Şeni filmdə Mazhar Kozanlıyı canlandırıb. Bundan əlavə filmdə  Rutkay Əziz, Çiğdem Selışık Onat, Tilbe Saran, Ruhsar Öcal, Nihal Yalçın, Mert Fırat və Defne Kayalar da yer alıb.

“Bakcell”in dəstəyi ilə “Təhsil Avtobusu-2017”

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, “ENGİN” şirkəti və Kapital Bankın təşkilatçılığı ilə "Azərbaycan üçün Öyrət’’ təhsil proqramı çərçivəsində 24 – 31 iyul 2017-ci il tarixində “Təhsil Avtobusu - 2017” Yay Məktəbi keçiriləcək.