Aministiyaya düşən qadına

100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinən Emilya Həşimovanın cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriləm şəxs son söz deyib. O, əməlindən peşman olduğunu bildirib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Emiliya Həşimova 9 il müddətinə azadlıqdan məhrum edilib.