Ermənilərdə psixoz atmosfer hökm sürür

Bu günlərdə Ermənistanın işğal altında olan Dağlıq Qarabağa muzdlu əfqanları yerləşdirməsi, eləcə də burada PKK terror təşkilatının düşərgəsinin mövcudluğu barədə xəbərlərin yenidən gündəmə gəlməsi cəmiyyətdə, xüsusilə övladı hərbi xidmətdə olan valideynlər arasında müəyyən narahatçılığa səbəb olub. Məlumat üçün qeyd edək ki, yayılan xəbərlərdə Ermənistanın aylıq məvacib qarşılığında əfqanları Qarabağa gətirdiyi və təxminən 8 minə yaxın əfqanın Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşməyə hazır olduğu bildirilirdi.