Həmsədr ölkələrin dövlət maraqları vasitəçilik missiyasını üstələyir

İyunun 19-dan etibarən ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayır. Xatırladaq ki, bundan əbbəl həmsədrlər Ermənistanda səfərdə olublar. Səfər çərçivəsində həmsədrlər Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşüblər. Görüşdə münaqişə zonasındakı vəziyyət müzakirə olunub. Həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşələri baş tutub. Onu da qeyd edək ki, səfərin yekununda həmsədrlər adından bəyanat yayılacaq. Maraqlıdır, həmsədrlərin regiona səfərlərinin nəticəsi olaraq hansısa razılaşma əldə etmək mümkün olacaqmı?