Nazir: “İş üçün müraciət edənlərin sayı 2 dəfədən çox azalıb”

“Azərbaycanda iş üçün müraciət edənlərin sayı azalıb”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.Nazir bildirib ki, hazırda ölkənin əmək bazarında vəziyyət sabitləşib: “Bu ilin ilk beş ayında 69 250 nəfər iş üçün Məşğulluq orqanlarına müraciət edib. Ötən ilin eyni dövründə isə müraciətlərin sayı 141 651 olub”. Nazirin sözlərinə görə, iş üçün müraciət edənlərin sayı 2.2 dəfə azalıb.

İsrail Suriyanı bombaladıİsrail Suriyanı bombaladı

İsrail Suriya ordusu ilə üsyançı qüvvələrin mübarizəsi zamanı istifadə olunan mərmilərdən bəzilərinin ölkə sərhədi daxilinə düşməsi bəhanəsilə Suriyaya aid bəzi hərbi hədəfləri vurduğunu açıqlayıb. Top mərmiləri Qolan təpələrinin şimal tərəfinə düşüb, lakin hadisə nəticəsində ölən yaxud yaralanan olmayıb.