ABŞ-ın Ermənistandakı səfirliyində

ABŞ-ın İrəvanda yerləşən səfirliyində Ermənistan vətəndaşlarının qəbulu zamanı anidən həyəcan siqnalı verilib. Səfirliyin işçiləri və qəbulda olan vətəndaşlar təşvişə düşüblər. Onlar masanın atlına girərək təxminən 20 dəqiqə gözləyiblər.  ABŞ səfirliyində hansı səbəbdən həyəcan siqnalının verilməsi barədə ətraflı məlumat verilməyib. 

Tramp hədələndi

Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər. Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləyib. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Monqolustanda  seçkilər

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək. Ölkə vətəndaşları ümumi birbaşa səsvermə yolu ilə respublikanın beşinci başçısını seçəcəklər. Hazırkı dövlət başçısı Çaxiaqiyn Elbeqdorj 2 dəfə  prezident müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək ixtiyarı yoxdur.