Bu gündən 6 yaşı tamam olmayan uşaqların məktəbə

İyunun 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Ümumilikdə, bu günədək müsabiqədə iştirak etmək üçün 6 yaşı tamam olmayan 2424 uşaq qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçən şəxslərə təsdiqləyici SMS göndərilir.