10 yeni planet

NASA-nın Kepler araşdırma qrupu Kepler teleskopu vasitəsilə Günəş sisteminin xaricini müşahidə edib. Rəsmi məlumatlara görə, teleskop Günəş sisteminin xaricində dünya böyüklüyündə və həyat ehtimalı olan 10 yeni planet aşkarlayıb. NASA-nın Kaliforniyadakı Elmi Araşdırmalar üzrə Astrofiziki Kepler proqramı çərçivəsində çalışan alim Mario Perez kəşflə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu naməlum planetlərin qalaktikadakı tezliklərini anlamaq və başqa bir dünya yarada bilmə missiyalarının olub-olmadığını dəqiqləşdirmək üçün NASA daxil olan informasiyalardan mümkün qədər çox faydalanacaq.