Gənc Elçi Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Elmar İbrahimov Bolqarıstanın Bansko şəhərində keçirilən “Youth 4 peace” adlı layihədə iştirak edib. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, layihədə Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, Polşa, İspaniya, Birləşmiş Krallıq, Rumıniya və Kipr ölkələrindən 30 gənc təmsil olunub. Layihənin məqsədi gənclərin münaqişə idarəetməsi, sülhməramlılıq və qeyri-zorakılıq əsas mahiyyətlərini dərindən qavraması, iştirakçıları qeyri-zorakılığın mahiyyəti ilə tanış etmək, ondan istifadənin ən yaxşı yolu və sülhməramlılığın bərqərar olması üçün yerli vəziyyətlərə və şəraitə uyğunlaşdırılması və fəal çalışması üçün onların bilik və bacarıqlarını qeyri-rəsmi təhsil vasitəsilə inkişaf etdirilməsidir.