Bakıda əxlaqsız qadınlar turistin başına görün nə oyun açdı -

İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib. İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub. Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayə tutduğu mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub. Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və "Samsung" markalı telefonunu götürərək aradan çıxıblar.

“Gartner”: “Proqram təminatı istehsalçıları məhsullarda süni intellektin imkanlarını şişirdirlər”

Süni intellekt texnologiyalarının böyük imkanlara malik olmasına baxmayaraq əksər proqram təminatı istehsalçıları əvvəlcə istifadəçilərin tələbatını, tətbiq edilmə sahələrini və məhsuldan istifadənin faydasını müəyyənləşdirmək əvəzinə, onu tezliklə bazara çıxararaq “süni intellekt” termini ətrafında ajiotajdan yararlanmağa çalışır. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.  

Dünya robot texnikası bazarında 2,5 dəfə artım gözlənilir

“IDC” analitik şirkəti 2017-ci ildə dünyada robot texnikasının (o cümlədən uçan aparatlar və robot texnikası ilə əlaqəli avadanlıq, proqram və xidmətlər) satış həcminin 97,2 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 17,9 faiz çoxdur. Yaxın 5 ildə bazarda artımın sürətlənərək 2021-ci ilədək həcminin 230,7 milyard dollara çatacağı gözlənilir.