101 sərnişinin olduğu Türkiyə təyyarəsini ildırım vurdu -

Türk Hava Yollarının Atatürk Hava limanından qalxan təyyarəsi ildırım vurduğu üçün təcili eniş edib. Türk Hava Yollarının (THY) TK-427 səfər saylı Boeing 737-800 tipli, TC-JGD qeydiyyatından keçmiş təyyarəsi saat 21.30-da 101 sərnişinlə İstanbul Atatürk Hava limanından Tatarıstanın paytaxtı Kazana hərəkət edib. Ancaq təyyarəni İstanbul hava sahəsində ildırım vurub.

London sakinləri

 İngilis zənci Edir Federiko Da Kostanın polis tərəfindən nəzarətə götürülməsi və şiddət göstərildiyi səbəbilə dünyasını dəyişməsi Londonda iğtişaşlara səbəb olub. Publika.az xəbər verir ki, paytaxtda etirazçılarla polis arasında qarşıdurma yaşanıb. 1 uşaq atası 25 yaşlı Federikonun nəzarətə alındıqdan 6 gün sonra polisin göstərdiyi şiddət nəticəsində öldüyünü iddia edən etirazçılar axşam saatlarında Londonun Stratford bölgəsindəki polis bölməsinə hücum edib və binaya alovlu maddələr, kərpiclər atıblar.

İsrail Suriyanı bombaladıİsrail Suriyanı bombaladı

İsrail Suriya ordusu ilə üsyançı qüvvələrin mübarizəsi zamanı istifadə olunan mərmilərdən bəzilərinin ölkə sərhədi daxilinə düşməsi bəhanəsilə Suriyaya aid bəzi hərbi hədəfləri vurduğunu açıqlayıb. Top mərmiləri Qolan təpələrinin şimal tərəfinə düşüb, lakin hadisə nəticəsində ölən yaxud yaralanan olmayıb.