Təyyarəni ildırım vurdu

Türk Hava Yollarının Atatürk Hava Limanından qalxan sərnişin təyyarəsini ildırım vurub. 101nəfər sərnişin olan Türk Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsində pilot vəziyyət ilə bağlı dispetçerlə əlaqə yaradıb, təcili enişə icazə istəyib. Problemsiz eniş edən təyyarənin sərnişləri təşvişlə enərkən sıxlıq yaranıb, bu səbəbdən insanlar bir-birini əzib.

Tramp hədələndi

Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər. Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləyib. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Monqolustanda  seçkilər

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək. Ölkə vətəndaşları ümumi birbaşa səsvermə yolu ilə respublikanın beşinci başçısını seçəcəklər. Hazırkı dövlət başçısı Çaxiaqiyn Elbeqdorj 2 dəfə  prezident müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək ixtiyarı yoxdur.