“İncəsənətə dair söhbətlər”

Milli Azərbaycan Tarixi Muzeyində “O.Şmerlinq və İ.Rotterin “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı” mövzusunda seminar keçirilib.  Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində baş tutub. “Azərbaycan Kazak Həmyerliləri” İctimai Birliyinin üzvləri, Muzey əməkdaşları tədbirdə iştirak ediblər. Seminarda Muzeyin elmi işçisi t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış edib. Natiq XX əsrin əvvəllərində rəssamlar - O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial qüsurların tənqidinin mühüm yer tutduğunu bildirib.