Muzeydə şəhid Elçin Baxşəliyevə

AMEA Milli Azərbaycan Tarixi Muzeyində şəhid Elçin Baxşəliyevin anım tədbiri keçirilib. Muzeydən “Olaylar” –a bildirilib ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, o cümlədən, şəhidin ailə üzvləri və cəbhə yoldaşları, media işçiləri iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan etdi. Akademik şəhid E.Baxşəliyevin ailəsinə baş sağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin əziz tutulması və gənc nəsillərin də qəhrəmanlarımızı tanımalarının vacib olduğunu bildirdi. Daha sonra şəhidin şücaətindən, döyüş yolundan danışıldı.