Nazirlik Azərbaycanda tədris ilinin

Təhsil Nazirliyi tədris ilinin artırılmasını təklif edib. Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiriCəsarət Valehov bildirib.  O qeyd edib ki, son günlərdə mediada və sosial şəbəkələrdə aparılan müzakirələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi müzakirə olunur. 

Ermənistanın Şəmkirdə doğulan baş naziri -

Ermənistan prezidenti Serj Sarkisyan son illər ölkədə baş verən ciddi narazılıqları və böhranlardan sonra dayaqlarını möhkəmləndirmək üçün çevrəsini gücləndirməyə çalışıb. 2016 -cı ilin sentyabrında tanınmış milyarderin qardaşı Karen Karapetyanın baş nazir postuna gətirilməsi buna nümunədir.

Əli Abbasov yeni vəzifəyə təyin edilib

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-da müşavir vəzifəsinə təyin olunduğunu bildirib. Rəyasət Heyəti təklifi dəstəkləyib.

Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Nazir “Bakı 2017”nin təşkilatçılığından razılığını dilə gətirib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən Rəhimov, bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb.