Ermənistanın Şəmkirdə doğulan baş naziri -

Ermənistan prezidenti Serj Sarkisyan son illər ölkədə baş verən ciddi narazılıqları və böhranlardan sonra dayaqlarını möhkəmləndirmək üçün çevrəsini gücləndirməyə çalışıb. 2016 -cı ilin sentyabrında tanınmış milyarderin qardaşı Karen Karapetyanın baş nazir postuna gətirilməsi buna nümunədir.

Əli Abbasov yeni vəzifəyə təyin edilib

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-da müşavir vəzifəsinə təyin olunduğunu bildirib. Rəyasət Heyəti təklifi dəstəkləyib.

Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Nazir “Bakı 2017”nin təşkilatçılığından razılığını dilə gətirib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən Rəhimov, bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb.

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə müraciət edib

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzə uzun tarixə malik yaxın əlaqələr mövcuddur. Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar.

Cəbhədə monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, may 25-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.